“Liberty Media” qrid-görlz yarışlarının keçirilməsindən hələ 2018-ci ildə imtina edib. Buna baxmayaraq, bəzi Qran-pri mərhələlərində, o cümlədən Monakoda təşkilatçılar qızları əvvəlki qaydada dəvət edirlər. Niderlandda da qrid-görlz ənənəsini ...

Lüis Hamilton Formula-1 Kanada Qran-Prisinin qalibi olub

10.06.2019 [16:22]
“Mersedes”in britaniyalı pilotu Lüis Hamilton Formula 1 sinfində maşınların dünya çempionatının yeddinci mərhələsinin - Kanada Qran-Prisinin qalibi olub. AZƏRTAC xəbər verir ki, hazırkı dünya çempionu L.Hamilton karyerasında 78-ci, mövsümdə ...

Ott Tyanak Portuqaliya Rallisinin qalibidir

04.06.2019 [16:28]
WRC Portuqaliya Rallisində (ralli üzrə dünya çempionatı) Ott Tyanak qələbə qazanıb. AZƏRTAC xəbər verir ki, ikinci yeri Tyerri Nevil tutub. Hazırkı dünya çempionu Sebastyen Ojye isə Kris Mikin buraxdığı səhvdən istifadə edərək üçüncü yerə çıxıb ...

Hazırda fəaliyyətdə olan 7 pilotun adı Formula 1-in ən nüfuzlu 100 nümayəndəsinin siyahısına daxil edilib

03.06.2019 [19:37]
“Paddock Magazine” nəşri 2019-cu ildə Formula 1 çempionatının ən nüfuzlu 100 nümayəndəsinin siyahısını dərc edib. Siyahıya hazırda fəaliyyətdə olan 7 pilotun adı daxil edilib. AZƏRTAC xəbər verir ki, onların arasında ən yüksək pilləni 21-ci yerdə qərarlaşan beşqat dünya çempionu ...

Alonso “Ferrari”də Fetteli əvəz etmək niyyətindədir

03.06.2019 [16:47]
İspaniyalı yürüşçü, ikiqat dünya çempionu Fernando Alonso “McLaren” komandasının heyətində deyil, “Ferrari”də Sebastian Fetteli əvəz etməklə Formula 1 yarışlarına qayıda bilər. AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı yürüşçü məhz bu mümkün vakansiyaya ...

Kataloniyada Barselona yürüşünü saxlamağa çağırırlar

03.06.2019 [16:40]
Kataloniyanın Kral Avtomobil Klubu (RACC) bəyanatla çıxış edib. Bəyanatda 1991-ci ildən başlayaraq Barselona avtodromunda keçirilən Formula 1 çempionatının İspaniya Qran-Prisini xilas etməyə çağırırlar. AZƏRTAC xəbər verir ki, dərc olunmuş bəyanatda deyilir: “RACC müxtəlif səviyyəli administratorları ...

“Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub

27.05.2019 [14:15]
“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 seriyasında avtomobil yürüşləri üzrə keçirilən dünya çempionatının altıncı mərhələsinin – Monako Qran-Prisinin qalibi olub. Bu, Hemiltonun mövsüm ərzində dördüncü, karyerasında isə 77-ci qələbəsidir ...

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub

24.05.2019 [15:05]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov Monako Qran-Prisi ərəfəsində Formula 1-in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumda iştirak edib. Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Financial Times” qəzetinin ...

Rusiyanın NTV kanalında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj yayımlanıb VİDEO

19.05.2019 [23:31]
Rusiyanın NTV kanalının məşhur “Əsas yol” (Qlavnaya doroqa) proqramında Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə həsr olunmuş “Formula Bakı” adlı xüsusi reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajda bu yaxınlarda Bakıda artıq dördüncü dəfə keçirilmiş Formula 1 ...

Formula 1 Almaniya Qran-Prisinin taleyi “Mercedes”dən asılıdır

16.05.2019 [16:58]
Formula 1 Almaniya Qran-Prisinin bundan sonrakı taleyi titullu sponsor məsələsinin həllindən asılıdır: əgər “Mercedes” komandası qüvvədə olan müqavilənin müddətini uzatmaqdan imtina etsə, o zaman maliyyə yükünü üzərinə götürəcək başqa şirkət axtarmaq lazım gələcək ...

Formula 1: Assendə Zandfortdan olan rəqibləri təbrik ediblər

15.05.2019 [16:02]
Formula 1 Niderland Qran-Prisinə ev sahibliyi etmək hüququ uğrunda biri Assendə, digəri Zandfortda yerləşən iki trasın sahibləri mübarizə aparırdı. Lakin “Liberty Media”da ikinci variantı seçiblər. AZƏRTAC xəbər verir ki, Assendə buna görə təəssüfləndiklərini gizlətməsələr də ...

Şumaxer haqqında yeni sənədli film Kann festivalında təqdim olunacaq

14.05.2019 [18:26]
Formula 1 yürüşlərinin sabiq pilotu Mixael Şumaxer haqqında sənədli film bu gün Fransada açılışı keçirilən Kann festivalında təqdim olunacaq. AZƏRTAC xəbər verir ki, əfsanəvi yürüşçüyə həsr olunan yeni filmi Almaniyanın “B/14 Film” şirkəti lentə alıb ...

Formula 1 çempionatının mətbuat xidməti Niderland Qran-Prisinin 2020-ci ildə keçiriləcəyini elan edib

14.05.2019 [15:49]
Formula 1 çempionatının mətbuat xidməti yürüş təqviminə yenidən “Zandvort” trasında keçiriləcək Niderland Qran-Prisinin salındığını elan edib. “Zandvort. Biz gəlirik! Niderland Qran-Prisi qayıdır. 2020-ci ildə görüşərik”, - deyə Formula 1-in “Twitter” səhifəsində qeyd edilib ...

San-Paulu F 1 Qran-Prisini Rio-de-Janeyroya güzəştə getmək istəmir

11.05.2019 [15:22]
San-Paulu ştatının qubernatoru Joao Doria və şəhər meri Bruno Kovas Braziliya Prezidenti Jair Bolsonarunun artıq 2020-ci ildə Formula 1 Braziliya Qran-Prisinin “Interlagos” trasından Rio-de-Janeyroda yerləşən yeni avtodroma köçəcəyi barədə bəyanatını təkzib ediblər ...

Nikolas Latifi Robert Kubitsanı əvəzləyə bilər

11.05.2019 [15:16]
“Uilyams”ın test pilotu Nikolas Latifi elə bu mövsüm ərzində Robert Kubitsanı əvəzləyə bilər. AZƏRTAC “Le Journal de Montreal”a istinadla xəbər verir ki, komanda rəhbərliyi dəyişikliklərin tələb olunduğunu düşünür. R.Kubitsanın müqaviləsində qeyd edilib ki, hələ 2019-cu il mövsümü dövründə ...

Qrojan Bakıda təkərləri qızdırmaq istəyərkən əyləci qızdırıb

10.05.2019 [18:40]
“Haas” komandasının rəhbəri Günter Ştayner etiraf edib ki, onun komandası Bakıda Romen Qrojanın bolidində təkərləri qızdırmaq istəyərkən əyləci qızdırıb. AZƏRTAC xəbər verir ki, “RaceFans” saytı Günter Ştaynerin bu sözlərini sitat gətirib: “Əyləclər müəyyən miqdarda enerji verir ...

“Liberty Media” Toto Volffa Formula 1-in baş direktoru postunu təklif edə bilər

08.05.2019 [16:30]
“Mercedes”in rəhbəri Toto Volffun komanda ilə müqaviləsi başa çatdıqdan sonra Formula 1 çempionatının baş direktoru postuna gəlməsi mümkündür. Onun hazırkı sazişi 2020-ci ilədək nəzərdə tutulub. AZƏRTAC “RaceFans” saytına istinadla xəbər verir ki, bu baş verəcəyi halda ...

Monsada “Liberty Media”nın ödənişlərini növbəti 3 il üçün azaltmağa nail olublar

07.05.2019 [18:21]
Monsada keçiriləcək Formula 1 İtaliya Qran-Prisinin təşkilatçısı, İtaliya Avtomobil Klubunun prezidenti Anjelo Stikki Damiani Formula 1 ilə yeni sazişin iyul ayınadək imzalanacağına ümidvar olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, “Rai” Damianinin bu sözlərini sitat gətirib ...

Barselona Qran-Prisinə bir gün qalmış kütləvi qaçış olacaq

07.05.2019 [17:24]
Formula 1 İspaniya Qran-Prisindən bir gün əvvəl - mayın 11-də axşam Barselona trasında “Run the Track” kütləvi qaçışı keçiriləcək. AZƏRTAC xəbər verir ki, təşkilatçılar 12 yaşından başlayaraq bütün qaçış həvəskarlarını Formula 1 yürüşünün start götürəcəyi ...