Şəkinin emal məntəqəsi mövsümün ilk günündə fermerlərdən 9,5 ton yaşıl tütün qəbul edib

10.07.2019 [18:20]
Bu il Şəki rayonunun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. İyulun 10-dan etibarən təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına başlanılıb ...

Qəbələdə yaş barama istehsalı 6,3 ton artıb

10.07.2019 [17:55]
Qəbələ rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Kümçülər builki mövsümdə 15 ton 423 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 6,3 ton artıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib ...

Lənkəranda çəltikçiliyin inkişafı ilə bağlı yeni toxumçuluq təsərrüfatı yaradılıb

10.07.2019 [17:22]
Dövlət başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda ölkədə çəltikçiliyin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri keyfiyyətli toxumlardan istifadə edilməsi ...

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

10.07.2019 [12:48]
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Cavanşir Qəmbərov yolu keçmək istəyərkən minik avtomobili onu vurub ...

Ağdamda ət, süd, yumurta və yun istehsalı artıb

10.07.2019 [12:40]
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır ...

Saatlıda 1648 tondan çox pomidor yığılıb

10.07.2019 [12:23]
Bu il saatlılı fermerlər 788 hektar sahədə tərəvəz becəriblər. İl təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun yığımına başlayıblar ...

Altı ayda Salyanda 313 ton meyvə tədarük olunub

10.07.2019 [12:15]
Cari ilin 6 ayında salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə bağından 313,2 ton məhsul tədarük ediblər. Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilin ötən dövründə bağbanlar becərdikləri meyvə bağlarından 313,2 ton meyvə tədarük ediblər ...

Ağsu arıçıları arı xəstəlikləri ilə mübarizə tədbirləri barədə məlumatlandırılıblar

10.07.2019 [11:56]
Ağsu rayonunun Padar kənd sakini Cəlal Miriyevə məxsus 47 baş arı ailəsi saxlanılan təsərrüfatda bir qrup arıçıya “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib ...

Qəbələnin buğda sahələrində orta məhsuldarlıq 33 sentnerdir

10.07.2019 [11:12]
Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Bu günədək 19 min 600 hektar zəminin məhsulu biçilib, 64 min 284 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,8 sentnerdir ...

Azərbaycan Dövlət Aqrar Universitetində II beynəlxalq yay məktəbi başlayıb

09.07.2019 [17:47]
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iyulun 9-dan 18-dək bakalavr səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı II beynəlxalq yay məktəbi başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr ...

“Aqrar İnkişaf Könüllüləri” daha 2 qurumda fəaliyyətə başlayıb

09.07.2019 [15:42]
Könüllülər “Aqrar Xidmətlər Agentliyi” və “Aqrar Kredit və İnkişaf Agentliyi”ndə könüllülük fəaliyətinə başlayıblar. “Aqrar Tədqiqatlar Mərkəzi”ndən AZƏRTAC-a bildirilib ki, bununla bağlı mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının ...

Kürdəmir taxılçıları zəmilərdən 162 min tondan çox məhsul götürüblər

09.07.2019 [15:35]
Kürdəmir rayonunda taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rekord həcmdə – 162 min 93 ton məhsul istehsal olunub. Bu göstərici ötən ildəkindən 32 min ton çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin məhsulu üçün ...

Üzümçülüyün inkişafına dair müzakirələr aparılıb

09.07.2019 [15:24]
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ...

İsmayıllı heyvandarları yarım ili yaxşı göstəricilərlə başa vurublar

09.07.2019 [14:22]
İsmayıllı rayonunun heyvandarları cari ilin 6 ayını uğurla başa vurublar. Belə ki, istər mal-qaranın və davarların baş sayı, istərsə də bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki ...

Neftçalada cari ildə 13,2 min tonadək süd istehsal olunub

09.07.2019 [13:08]
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçulçuq ...

Respublikadakı taxıl sahələrinin təxminən 90 faizində biçin başa çatıb

09.07.2019 [11:56]
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki ...

Salyanda 6 ayda istixanalardan 15,2 min tondan çox məhsul yığılıb

09.07.2019 [11:27]
Salyanın qəsəbə və kəndlərində istixanalar şəbəkəsi ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar, pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox ...

Şəkidə toxum emalı zavodu fəaliyyətə başlayıb

08.07.2019 [19:03]
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb. Zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, zavod ...

Zərdab taxılçıları zəmilərdən 62,1 min tondan çox məhsul götürüblər

08.07.2019 [15:45]
Zərdab rayonunun taxılçıları biçin kampaniyasını başa çatdırıblar. Zəmilərdən 62 min 135 ton məhsul istehsal olunub ki, bu da ötən ildəkindən 1985 ton çoxdur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin məhsulu üçün ...