Londonda İqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin dördüncü günündə 400 nəfər həbs edilib. AZƏRTAC xəbər verir ki, həbs olunanlar Vaterlo körpüsündə çadır quraraq nəqliyyatın hərəkətinə maneə olublar. Qeyd edək ki, etirazçılar hökumətin karbon emissiyalarını sıfıra endirməsini və dəyişikliklərə nəzarət etməsini tələb edirlər ...

Avstraliyada “Taxt oyunları” serialının həlak olmuş qəhrəmanlarının “qəbiristanlığı” düzəldilib

15.04.2019 [11:14]
Foxtel teleşirkəti Sidneydəki parklardan birində məşhur “Taxt oyunları” serialının həlak olmuş qəhrəmanlarının “qəbiristanlığı”nı düzəldib. AZƏRTAC xəbər verir ki, parkda serialın qəhrəmanlarının məxsus olduğu Stark, Talli, Lanister ...

Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb

15.04.2019 [08:22]
Daşkənddə Qazaxıstana həsr edilmiş “Böyük səhra: tarix və mədəniyyət” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə Qazaxıstanın tarixi, etnoqrafiyası, mədəniyyət və incəsənəti, o cümlədən ölkənin simvoluna çevrilən “Qızıl adam” nümayiş etdirilir ...

Merkuri Günəşin qarşısını noyabrda kəsəcək və bu hadisəni Azərbaycandan izləmək mümkün olacaq

13.04.2019 [19:14]
Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək. AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər ...

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb

12.04.2019 [14:30]
East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir ...

Filippində alimlər naməlum insan növünün qalıqlarını aşkar ediblər

11.04.2019 [13:43]
Filippində alimlər naməlum insan növünün qalıqlarını aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb. Bildirilir ki, Filippinin Luson adasındakı Kalyao mağarasında üç şəxsə məxsus olmuş barmaq və bud sümüklərinin, həmçinin ...

Yaponiyanın “Hayabuşa-2” zondu Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirib

05.04.2019 [18:48]
Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) görə, “Hayabuşa-2” kosmik zondu çox güman ki, Ryuqu asteroidinə missiyasını uğurla yerinə yetirərək asteroidin daxili quruluşunu öyrənmək üçün onun səthində krater yaradıb. AZƏRTAC xəbər verir ki, zond martın 5-də yerli vaxtla saat 11:00-da asteroidin səthinə “impaktor” qurğusu buraxıb ...

Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaradacaq

05.04.2019 [12:26]
Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaratmaq məqsədilə bu kosmik cismə növbəti enişə hazırlaşır. Məqsəd yerdən 340 milyon kilometr məsafədə yerləşən asteroidin daxili quruluşunu öyrənməkdir. ...

Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir

04.04.2019 [13:34]
Yaponiyanın “Japan Airlines” aviaşirkəti təyyarə ilə uçmadan, olduğunuz yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir. AZƏRTAC xəbər verir ki, həmin şirkət tərəfindən hazırlanan ...

Cənubi Afrika Respublikasında şəkərli içkilərə vergi tətbiq ediləcək

30.03.2019 [18:19]
Cənubi Afrika Respublikasının (CAR) Milli Xəzinədarlıq İdarəsi şirinləşdirilmiş içkilər üçün 2019-cu ilin yeniləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan vergi ilə bağlı açıqlama yayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, açıqlamaya görə, tərkibində hər 100 millilitr hesabına 4 qramdan çox şəkər olan ...

Venera - ağ planet

27.03.2019 [13:27]
Venera Günəş sistemində ikinci planetdir və bizim ən yaxın qonşumuzdur. Quruluşuna görə Yerə oxşayan Venera öz oxu ətrafında başqa planetlərdən fərqli olaraq əksinə fırlanır. Onun atmosferi istini özündə saxlayır. Buna görə də o, Günəş sistemində ən isti planetdir. Orada hətta qurğuşun belə əriyir. Buludların altında istidən deformasiyaya uğramış ...

Yaponiyalı tədqiqatçılar ölkə ərazisindəki ən qədim daşları tapıblar

26.03.2019 [08:02]
Yaponiyanın tədqiqatçılar qrupu ölkə ərazisində ən qədim tarixə malik daşları aşkar etdiklərini bildirib. AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, təqribən 2,5 milyard yaşı olan bu daşlar yapon adalarının formalaşmasını tədqiq etməyə şərait yaradacaq ...

On dörd Olimpiadada iştirak etmiş yaponiyalı azarkeş vəfat edib

19.03.2019 [17:49]
1964-cü ildən etibarən keçirilən bütün Yay Olimpiya Oyunlarını izləyən yaponiyalı azarkeş vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə martın 19-da “Mainichi Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, polad burazlar istehsal edən şirkətin 92 yaşlı rəhbəri Naotoşi Yamada son 14 Olimpiadanın hamısında ...

“Tokio 2020” Olimpiya Oyunları üçün robotlar ictimaiyyətə təqdim edilib

16.03.2019 [13:49]
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlar zamanı istifadə ediləcək robotları ictimaiyyətə təqdim edib. AZƏRTAC xəbər verir ki, oyunlar zamanı işi asanlaşdırmaq məqsədi daşıyan həmin robotlar Yaponiya hökuməti, Tokio şəhər ...

Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər

10.03.2019 [09:00]
Avstraliyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə “Fox news” saytı məlumat yayıb. Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən sayt yazır: “Avstraliyada aşkar etdiyimiz ...

ABŞ-da keçini qəsəbə bələdiyyəsinin “fəxri sədri” seçiblər

09.03.2019 [12:27]
ABŞ-da keçini qəsəbə bələdiyyəsinin “fəxri sədri” seçiblər. AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Vermont ştatındakı 2 500 nəfər əhalisi olan Feyr Hevin qəsəbəsində Linkoln adlı keçinin bələdiyyənin “fəxri ...

Özbəkistanda dinazavra bənzəyən heyvan skeleti tapılıb

14.02.2019 [20:13]
Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinazavra bənzəyən heyvan skeleti tapıb. AZƏRTAC xəbər verir ki, bu barədə Daşkənddə rus dilində çap olunan “Narodnoe slovo” qəzeti məlumat yayıb ...

Yaponiyada eyni anda 10 dili anlayan sistem yaradılıb

14.02.2019 [14:16]
“Mitsubishi Electric” şirkətinin tədqiqatçıları eyni anda 10 dili anlayan sistem hazırlayıblar. AZƏRTAC xəbər verir ki, yeni sistemin həm turizm, həm də digər sahələrdə istifadə edilməsi nəzərdə tutulur. Yeni texnologiya müxtəlif dilləri hər bir şəxsin səsinə ...

Bəşər tarixində ən varlı insanın adı açıqlanıb

01.02.2019 [16:55]
Alimlər ictimaiyyətə orta əsrlərə aid “Kataloniya atlası” əlyazmasını təqdim ediblər. “Live Science”ın məlumatına görə, əlyazmada Yerin mərkəzində tarixdə ən varlı insan təsvir edilib. AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, XIV əsrə aid nadir atlas ...