Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

17.06.2019 [15:58]
Cari ilin ilk 5 ayında Azərbaycandan 4 milyard 903 milyon 337 min kubmetr təbii qaz ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-may aylarında ixrac olunan təbii qazın dəyəri 871 milyon 621 min ABŞ dolları təşkil edib ...

Beş ayda 6,7 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib

17.06.2019 [15:42]
Yanvar-may aylarında Azərbaycandan 14 milyon 58 min 382 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 721 milyon 580 min ABŞ dolları olub ...

Bu il qlobal neft tələbatı sutkada 100,3 milyon barrel olacaq

17.06.2019 [15:01]
Cari ildə qlobal neft tələbatının gündəlik 100,3 milyon barrelə yüksələcəyi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ...

Keçən ay OPEC ölkələrindən neft istehsalını ən çox İran və Səudiyyə Ərəbistanı azaldıb

17.06.2019 [13:52]
Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 230 min barrel azalaraq sutkada 29 milyon 950 min barrel olub. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir ...

Mayda qlobal neft tədarükü azalıb

17.06.2019 [13:38]
Qlobal neft təklifi mayda aprellə müqayisədə orta hesabla 100 min barrel azalaraq gündəlik 99 milyon 500 min barrelə düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir ...

“Azeri Light”ın bir barreli 64,21 dollara satılır

17.06.2019 [11:29]
Azərbaycan neftinin qiyməti bahalaşır. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar artaraq 64,21 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar ...

“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb

17.06.2019 [11:25]
Ötən il yanvarın 23-də TANAP boru kəmərinə Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı bu il iyunun 15-də tarixi bir gündə - Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb. AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb ...

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 40 faizdən çox artıb

17.06.2019 [11:13]
Beş ayda ölkədə əmtəəlik təbii qaz istehsalı 40,4 faiz artıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə ...

SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib

17.06.2019 [11:07]
SOCAR-la ABŞ-ın “Honeywell Performance Materials and Technologies” (“Honeywell PMT”) şirkətlər qrupunun əməkdaşlığı müzakirə olunub. SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “SOCAR Tower”də şirkətin prezidenti Rövnəq Abdullayev “Honeywell PMT”nin prezidenti və baş direktoru ...

Neftin qiyməti bahalaşır

17.06.2019 [10:27]
Dünya birjalarında neftin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 62,27 dollar, Nyu-Yorkun NYMEX ...

Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər uğurla icra olunur

14.06.2019 [17:29]
Qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan ...

SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır

14.06.2019 [15:54]
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır. SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də Norveçin “Equinor ASA” şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart ...

Aleksandr Dyukov: “OPEK+” üzvləri neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılığa gələ bilərlər

14.06.2019 [12:10]
Rusiyanın “Qazprom neft” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Dyukovun fikrincə, “OPEK+” üzvləri bir barrel neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılıq əldə edilməsinə çox yaxındırlar. A.Dyukovun sözlərinə görə, tərəflərin bu barədə tezliklə razılıq əldə edəcəyi gözlənilir ...

Dünya birjalarında neftin qiyməti

14.06.2019 [10:58]
Dünya birjalarında neftin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar bahalaşaraq 61,75 dollar ...

Azərbaycan neftinin qiyməti bahalaşıb

14.06.2019 [10:05]
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 63,82 dollar təşkil edib ...

OPEC: Ticarət gərginliyi neft tələbatını azaldır

13.06.2019 [19:46]
Beynəlxalq ticarət gərginliyi qlobal neft tələbatına mənfi təsir göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, ilin ötən dövründə qlobal ticarət gərginliyi daha da artıb ...

Keçən ay qlobal neft təklifi sutkada 98,2 milyon barrel olub

13.06.2019 [18:58]
Mayda qlobal neft təklifi aprellə müqayisədə 40 min barrel artaraq gündəlik 98 milyon 260 min barrel təşkil edib. AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrində neft istehsalı ...

Bu il qlobal neft tələbatı 1,1 milyon barrel artacaq

13.06.2019 [18:52]
Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft tələbatının gündəlik 30 milyon 500 min barrel olacağı nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir ...

Mayda OPEC-in neft hasilatı azalıb

13.06.2019 [18:50]
Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı aprel ayı ilə müqayisədə 236 min barrel azalaraq gündəlik 29 milyon 880 min barrel olub ...