Birləşmiş Ştatların neft ehtiyatları azalıb

18.07.2019 [17:13]
ABŞ-ın xam neft ehtiyatları azalır. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,1 milyon barrel (0,7 faiz) azalaraq 455,9 milyon barrel olub ...

Rusiya və Çin Ayda birgə elmi stansiya yaradacaqlar

18.07.2019 [17:00]
Rusiya və Çinin kosmik tədqiqatlar üzrə təşkilatları Ayda birgə elmi stansiya yaradılması barədə planın müddəalarını müzakirə ediblər. AZƏRTAC Rusiyanın “Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, bu barədə məsləhətləşmələr iki ölkənin hökumət başçılarının mütəmadi görüşlərinə ...

Türkiyədəki “Tərs ev”ə ziyarətçi axını davam edir

18.07.2019 [16:39]
Türkiyənin Ordu şəhərində inşa olunan “Tərs ev” böyük maraqla qarşılanıb. Ölkənin hər yerindən buraya ziyarətçi axını var. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ordu Böyükşəhər bələdiyyəsi tərəfindən layihələşdirilərək tikilən 150 ...

Türkiyədə yol qəzası nəticəsində çoxlu sayda ölən və yaralanan var

18.07.2019 [16:33]
Türkiyənin Van vilayətinin Özalp rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, qanunsuz yolla Türkiyəyə daxil olan qaçqınları daşıyan mikroavtobusun aşması nəticəsində ən azı 15 nəfər ölüb, 28 nəfər xəsarət alıb ...

Lissabonun hər üç məktəbindən biri uşaqlar üçün təhlükəlidir

18.07.2019 [16:32]
Portuqaliya paytaxtında yerləşən məktəb və uşaq bağçalarının hər üçündən birinin təhlükəsizlik səviyyəsi “pis” səciyyələndirilir. AZƏRTAC xəbər verir ki, “Publico” nəşri ölkənin Milli İnşaat Laboratoriyasının (LNEC) iyun tədqiqatının nəticələrinə istinadən bu barədə bildirir. Tədqiqat Lissabon administrasiyasının sifarişi ilə aparılıb ...

İsrail polisi Qüdsdə ortodoks yəhudilərlə ermənilər arasında münaqişəni yoluna qoymağa çalışır

18.07.2019 [16:20]
İsrail erməniləri iddia edirlər ki, iyunun 8-də Qüdsdə ortodoks yəhudiləri itlərin müşayiəti ilə Erməni Ruhani Seminariyasının 20 tələbəsinə hücum ediblər. “Əzabkeş xalq”ın nümayəndələrinin rəsmi orqanlara şikayətində bildirilib ki, guya yəhudilər ermənilərin ...

Misirdə terror aktı törədilib

18.07.2019 [16:15]
Misirin Sinay yarımadasının şimalındakı Şeyx Zuveyd şəhərində avtomobil dayanacağında terrorçu-kamikadze özünü partladıb. AZƏRTAC xəbər verir ki, nəticədə iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb ...

İran Fars körfəzində qaçaq yanacaq dolu tankeri saxlayıb

18.07.2019 [15:09]
İran İnqilab Keşikçiləri Korpusunun katerləri Fars körfəzində üzən və rəsmi Tehranın iddia etdiyinə görə, qaçaq xam neftlə dolu olan tankeri saxlayıblar. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Press TV telekanalı ...

Belarusda görkəmli sovet diplomatı Qromıkonun 110 illik yubileyi qeyd olunub

18.07.2019 [14:57]
Görkəmli sovet diplomatı, uzun illər SSRİ-nin Xarici İşlər naziri işləmiş Andrey Qromıkonun 110 illik yubileyi onun anadan olduğu Belarusun Qomel vilayətində qeyd olunub. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, yubiley proqramı çərçivəsində ...

Avropanın qlobal peyk naviqasiya sisteminin fəaliyyəti bərpa olunub

18.07.2019 [14:23]
Avropanın qlobal peyk naviqasiya sistemi “Galileo”nun fəaliyyəti bərpa olunub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Galileo” Avropa Xidmət Mərkəzinin operatoru yayıb. Bildirilir ki, naviqasiya sisteminin nasazlığı aradan qaldırılıb və onun işindəki mümkün problemlər barədə əlavə məlumat veriləcək ...

Sorğu: Vladimir Zelenskinin partiyası parlament seçkilərində səslərin 50 faizə yaxınını qazanacaq

18.07.2019 [13:30]
Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinə 5 gün qalmış şanslı partiyaların siyahısı açıqlanıb. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, “Reytinq” sosioloji qrupun apardığı sorğuya əsasən, hazırda ən populyar siyasi ...

Odessada ağır yol-nəqliyyat hadisəsi baş verib

18.07.2019 [13:14]
İyulun 18-də Odessa-Reni şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azı 4 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır ...

Malayziyada yumurtadan nadir ikibaşlı tısbağa çıxıb

18.07.2019 [13:09]
Təbiəti mühafizə idarəsinin mütəxəssisləri Malayziyanın Mabul adasında nadir ikibaşlı tısbağa balası aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə “The Coconuts” saytı məlumat yayıb. İkibaşlı erkək tısbağa yumurtadan yeni çıxan 93 bala arasında olub. Təbiəti ...

Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var

18.07.2019 [13:06]
Ermənistanın İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, İcevanda ağackəsmə ...

Yaponiyada animasiya studiyasındakı yanğında ölənlərin sayı 23 nəfərə çatıb

18.07.2019 [12:40]
Yaponiyada animasiya studiyasında törədilən yanğında ölənlərin sayı 23 nəfər çatıb, onlarla adam yaralanıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Kiotoda bir animasiya studiyası naməlum şəxs tərəfindən qəsdən yandırılıb ...

Rumıniyanın sabiq Xarici İşlər naziri NATO-nun Baş katibinin yeni müavini təyin olunub

18.07.2019 [12:39]
NATO-nun Baş katibi Yens Stoltenberq tərəfindən NATO-nun Baş katibinin müavini vəzifəsinə yeni təyinat olub. AZƏRTAC xəbər verir ki, bu vəzifəyə Rumıniyanın sabiq Xarici İşlər naziri Mirça Coana təyin edilib ...

Moskvanın Şeremetyevo aeroportunun minalanması məlumatı araşdırılır

18.07.2019 [12:35]
Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Moskvanın Şeremetyevo aeroportunun minalanması barədə məlumat araşdırılır. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarından bildiriblər ...

Xarici ölkələrdə yaşayan etnik ukraynalılar ikinci vətəndaşlığı ala biləcəklər

18.07.2019 [12:34]
Xarici ölkələrdə yaşayan etnik ukraynalılar ikinci vətəndaşlığı ala biləcəklər. AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə mexanizmin hazırlanması üçün Xarici İşlər Nazirliyinə tapşırıq verib ...

Kiotodakı anime studiyasında yanğın nəticəsində 13 nəfər həyatını itirib

18.07.2019 [11:31]
Yaponiyanın qərbindəki Kioto şəhərində yerləşən anime istehsalı üzrə studiyada baş verən yanğından sonra xilasedicilər 13 cəsəd aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb ...