Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb

21.07.2019 [09:07]
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb. AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq ...

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

21.07.2019 [08:33]
Türkiyənin Konya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, yeraltı keçiddə iki avtomobilin toqquşması 7 nəfərin ölümünə səbəb olub. Bildirilir ki, ölənlərdən dördünün şəxsiyyəti müəyyənləşdirilib. Hazırda təhqiqat işləri davam etdirilir ...

Misirin “Egyptair” aviaşirkəti Londona uçuşların sayını artıracaq

21.07.2019 [07:48]
Böyük Britaniyanın “British Airways” aviaşirkətinin Qahirəyə uçuşların bir həftə müddətinə təxirə salması qərarından sonra Misirin “Egyptair” aviaşirkəti London istiqamətində əlavə reys açmaq haqqında qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyinin rəsmi açıqlamasında bildirilib ...

Moldovada təyyarə radardan itib

21.07.2019 [00:21]
Moldova polisi ötən gecə radardan itən yüngül motorlu təyyarənin axtarışlarını davam etdirir. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, təyyarənin axtarışlarına yüzdən çox polis və xilasedici cəlb edilib. ...

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları dayandırıb

20.07.2019 [23:11]
Böyük Britaniyanın “British Airways” aviaşirkəti təhlükəsizlik məqsədilə Qahirəyə uçuşları bir həftə müddətinə təxirə salıb. AZƏRTAC BBC-nin ərəb xidmətinə istinadla xəbər verir ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində ...

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

20.07.2019 [22:02]
İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb. AZƏRTAC xəbər verir ki, 673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb ...

Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

20.07.2019 [19:20]
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşı Osman Köse və iki iraqlını qətlə yetirən terrorçu qrupun başçısı həbs olunub. AZƏRTAC xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyi məlumat yayıb ...

Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

20.07.2019 [19:13]
Cari ilin yanvar-iyun aylarında Gürcüstanda 146 nəfər itkin düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilir. Məlumatda deyilir ki, itkin düşənlərdən 16-sı xarici ölkə vətəndaşıdır ...

Əfqanıstanda “Taliban” hərəkatının 18 üzvü öldürülüb

20.07.2019 [18:55]
Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb. AZƏRTAC Khaama Press saytına istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstan ordusundakı mənbə verib. Qeyd olunub ki, silahlı qruplaşmanın 10 döyüşçüsü Əfqanıstan ordusunun xarici ölkələrin ...

Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

20.07.2019 [18:51]
Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 16-da aviasiyanın dəstəyi ilə Diyarbəkir vilayətinin Kulp rayonunda həyata keçirdikləri antiterror əməliyyatında məhv edilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub ...

Gürcüstanda keçiriləcək “Çevik ruh-2019” təlimlərində 3000-dək hərbçinin iştirakı nəzərdə tutulub

20.07.2019 [18:47]
İyulun 27-dən avqustun 9-dək Gürcüstanda “Çevik ruh-2019” çoxmillətli hərbi təlimi keçiriləcək. AZƏRTAC Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə NATO-ya üzv və tərəfdaş 14 ölkənin 3 minədək hərbi qulluqçusu iştirak edəcək ...

Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

20.07.2019 [18:41]
Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinin təhlükəsizliyini xüsusi təyinatlılar qoruyacaq. AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səsvermə günü AH-72 və AH-26 təyyarələri, H225, H145, Mi-8 helikopterləri mühafizə tədbirlərinə cəlb ediləcək ...

Ağ evdə Türkiyə ilə bağlı xüsusi iclas keçiriləcək

20.07.2019 [18:20]
The Washingon Post qəzeti ABŞ Prezidenti Donald Trampın Türkiyədən S-400 zenit-raket kompleksləri alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə etmək üçün iyulun 23-də respublikaçı senatorları Ağ evə dəvət etdiyini yazıb ...

Lissabon turizmdən qazandığı rüsumları evsiz-eşiksizlərə xərcləməkdən imtina edib

20.07.2019 [17:44]
Portuqaliya paytaxtının küçələrində 300 mindən çox evsiz-eşiksiz insan yaşayır. Lissabon Şəhər Şurası paytaxt küçələrindəki evsiz-eşiksiz adamların məskunlaşdırılması üçün turizmdən əldə olunan gəlirlərin bir ...

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

20.07.2019 [17:35]
Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb. AZƏRTAC xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib ...

“Airbnb” xidməti ötən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar gəlir gətirib

20.07.2019 [17:14]
“Airbnb” - dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib. AZƏRTAC xəbər verir ki, şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm ...

Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub

20.07.2019 [17:12]
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tərəflər Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü ətrafında yaranmış vəziyyət, Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri ...

Arxeoloqlar İsrail ərazisində qədim məscidin qalıqlarını tapıblar

20.07.2019 [16:54]
İsraildəki Neqev səhrasında arxeoloji qazıntılar zamanı qədim kənd məscidinin qalıqları aşkar edilib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu tapıntının dünyada müsəlmanların ən erkən ibadət yerlərindən biri olduğu bildirilir. İsrailin Qədim Abidələr İdarəsinin məlumatında deyilir ki, eramızın VII-VIII əsrlərinə aid olan ...

Parisin ən böyük ticarət mərkəzinə basqın olub

20.07.2019 [16:08]
Parisin ən böyük “Galeries” ticarət mərkəzinə maskalı şəxslər tərəfindən basqın olub. AZƏRTAC BFM telekanalının saytına istinadla xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında ...