Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı sükut günüdür

20.07.2019 [08:55]
Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün ölkədə sükut günüdür. AZƏRTAC xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, ...

Səudiyyə Ərəbistanı ABŞ-ın hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsinə hazırdır

20.07.2019 [08:45]
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkə ərazisində ABŞ-ın əlavə hərbi kontingentinin yerləşdirilməsinə hazır olduğunu bəyan edib. AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın SPA ...

İtaliya Senatı məişət zorakılığı haqqında qanun layihəsi qəbul edib

20.07.2019 [08:15]
İtaliya Senatı məişət və gender zorakılığı qurbanlarının müdafiəsini gücləndirən qanun layihəsi qəbul edib. AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, son vaxtlar ölkədə qadınlara qarşı fiziki, psixoloji və sosial zorakılıq ...

Məşhur italiyalı tennisçi Cüzeppe Merlo vəfat edib

20.07.2019 [07:54]
Soldan ikiəlli zərbə vurmaq texnikasını icad edən italiyalı tennisçi Cüzeppe Merlo 91 yaşında vəfat edib. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, məşhur tennisçi Fransa açıq çempionatında (“Roland Garros”) iki dəfə yarımfinala, İtaliya ...

Roma 2022-ci ildə su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyir

20.07.2019 [07:00]
Roma 2022-ci ildə keçiriləcək su idman növləri üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir. AZƏRTAC xəbər verir ki, şəhərin meri Virciniya Raqqi bununla bağlı memorandum imzalayıb. Memorandumda ...

Fransada içməli suda radioaktiv çirklənmə aşkarlanıb

20.07.2019 [05:06]
Fransada içməli suda radioaktiv çirklənmə aşkarlanıb. AZƏRTAC xəbər verir ki, Qərbdə Radioaktivliyə Nəzarət Assosiasiyası (ACRO) Fransada atom elektrik stansiyalarının radioaktiv tullantıları nəticəsində içməli suda tritiumun ...

İsgəndəriyyə şəhərində qədim Roma dövrünə aid mozaika tapılıb

20.07.2019 [04:15]
Misirin İsgəndəriyyə şəhərinin mərkəzi rayonlarının biri olan Kom El-Dikdə arxeoloqlar Roma dövrünə aid mozaika aşkar ediblər. AZƏRTAC Misirin Qədim Abidələr Nazirliyinə istinadla xəbər verir ki, aşkar olunmuş mozaika böyük bir evin döşəməsini bəzəyirmiş ...

Roma Papası Yaponiya və Tailanda səfər edəcək

20.07.2019 [01:30]
Roma Papası Frensiskin noyabrın sonunda Yaponiya və Tailanda rəsmi səfər edəcəyi gözlənilir. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Roma Papasının səfər cədvəlinin iyulun sonunadək elan olunacağı bildirilir ...

Sərnişin təyyarəsi Ankarada qəza enişi edib

19.07.2019 [22:27]
İstanbul-Trabzon reysi ilə uçan sərnişin təyyarəsi Ankarada qəza enişi edib. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəza enişi texniki nasazlıq səbəbindən baş verib. Eniş insidentsiz başa çatıb ...

İsveç və Böyük Britaniya yeni altıncı nəsil qırıcı təyyarələrinin hazırlanması üzrə əməkdaşlığa başlayırlar

19.07.2019 [21:39]
İsveç və Böyük Britaniya yeni altıncı nəsil qırıcı təyyarələrinin hazırlanması üzrə əməkdaşlığa başlayırlar. AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, hər iki ölkənin Müdafiə nazirləri tərəfindən imzalanan razılaşma bu gün dərc edilib ...

Türkiyədə növbəti dəfə kütləvi zəhərlənmə baş verib

19.07.2019 [20:40]
Türkiyənin Ərzincan şəhərinin Yeniməhəllə yaşayış massivində kütləvi zəhərlənmə baş verib. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, əsgərin yola salınması mərasimində iştirak edən şəxslərdən 18-i uşaq olmaqla 38 nəfər xəstəxanalara yerləşdirilib ...

Avstriyada təyyarənin qayaya çırpılması nəticəsində üç nəfər həlak olub

19.07.2019 [20:13]
Avstriyanın Tirol federal əyaləti ilə Bavariyanın sərhədində kiçik təyyarə qəzaya uğrayıb. Polislərin verdiyi məlumata görə, qəza nəticəsində üç nəfər ölüb. Hadisə yerinə yaxınlaşa bilmək üçün əraziyə xüsusi xilasetmə qüvvəsi cəlb olunub. Qəzanın səbəbi və həlak olanların şəxsiyyəti məlum deyil ...

Türkiyə Silahlı Qüvvələri iki şəhid verib

19.07.2019 [18:40]
Türkiyə təhlükəsizlik qüvvələrinin davam etdirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub. AZƏRTAC xəbər verir ki, Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində ...

ABŞ-da həbsdə olan türkiyəli bankir azad edilib

19.07.2019 [18:19]
Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan türkiyəli bankir Məhmət Hakan Atilla iyulun 19-da azad edilib. AZƏRTAC Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyənin ən böyük maliyyə qurumlarından ...

Çində 5,6 bal gücündə zəlzələ olub

19.07.2019 [17:59]
Çinin cənub-qərbindəki Tibet muxtar əyalətində 5,6 bal gücündə zəlzələ olub. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi məlumata görə, təbii hadisə Şannan şəhərindəki Cona yaşayış mərkəzində baş verib ...

Yunanıstanda güclü zəlzələ olub VİDEO

19.07.2019 [17:45]
Yunanıstanın paytaxtı Afinada yerli vaxtla saat 14:13-də baş vermiş güclü zəlzələ nəticəsinə əhali arasında təşviş yaranıb, mobil telefon əlaqəsi kəsilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Rixter cədvəli üzrə 5,1 bal şiddətində yeraltı təkanların episentri Afinanın şimal-qərbindən 22 kilometr aralıda olub ...

Finlandiyada Atom Elektrik Stansiyasının növbəti bloku işə salınacaq

19.07.2019 [17:32]
Finlandiyanın “Teollisuuden Voima Oyj” (TVO) şirkəti 2020-ci ilin iyulunda “Olkiluoto 3” Atom Elektrik Stansiyasının elektrik enerjisi istehsalına başlayacağını bəyan edib. AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, “TVO” şirkəti 2020-ci ilin yanvarında reaktorun ...

Çində qaz emalı zavodunda baş verən partlayışda 2 nəfər itkin düşüb

19.07.2019 [17:31]
Çinin Xınan vilayətində qaz emalı zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər itkin düşüb. AZƏRTAC xəbər verir ki, hadisə Sanmensia şəhərində yerləşən zavodun sexlərinin birində yerli vaxtla ...

Alman polisi itkin düşmüş rusiyalı qadınların qətlə yetirildiyini istisna etmir

19.07.2019 [17:11]
Almaniyanın hüquq-mühafizə orqanları Münxen şəhərində itkin düşmüş rusiyalı qadınlara qarşı zorakılıq tətbiq edildiyini və onların artıq həyatda olmadıqlarını istisna etmir. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Bild” qəzeti alman polisinə ...