DÜNYA


ABŞ Yaxın Şərqə əlavə 1500 hərbçi göndərib

Tehran, 25 may AZƏRTAC

ABŞ İranın yaratdığı təhlükənin qarşısını almaq məqsədilə Yaxın Şərqə 1500 hərbçi göndərib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan özünün “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, bölgəyə göndərilən hərbçilər ABŞ-ın maraqlarını qoruyacaqlar.

İran mətbuatı isə qeyd edir ki, Ağ Ev regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Yaxın Şərq ABŞ sərhədlərindən minlərlə kilometr məsafədə yerləşir. Bu regionda ABŞ-ın milli maraqları yox, dünyaya hegemonluq etmək marağı var.

Qeyd etmək lazımdır ki, hər iki tərəf rəsmi səviyyədə müharibənin baş verməsini arzuolunmaz hesab edir. Buna baxmayaraq, həm rəsmi Tehran, həm də Vaşinqton regiondakı hərbçilərinin sayını artırır və hərbi təchizatı gücləndirirlər.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.