İDMAN


AFFA-da İcraiyyə Komitəsinin təcili iclası keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

“Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan–Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də qatıldığı iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.