MƏDƏNİYYƏT


Əmir Teymurun Daşkənddəki abidəsi ziyarət olunub

Daşkənd, 15 iyun, AZƏRTAC

Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz özbək alimi və tərcüməçisi Babaxan Şəriflə birgə böyük sərkərdə, strateq və dövlət xadimi Əmir Teymurun Daşkəndin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, Yunus Oğuz Teymurilər Tarixi Dövlət Muzeyində də olub, Əmir Teymurun həyatı, fəaliyyəti ilə bağlı eksponatlara baxıb, özbək dilində çap edilən “Ovçu” kitabını muzeyə hədiyyə edib.

Yunus Oğuzun özbək dilində çap olunmuş “Əmir Teymur” romanı Özbəkistanda çox məşhurdur. Müəllifin “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz” romanları da Daşkənddə çap olunub və populyarlıq qazanıb. Müəllifin “Ovçu” romanının isə bu günlərdə təqdimatı keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.