ELM VƏ TƏHSİL


Aqil Şirinov: “Bakı Prosesi” 10 il ərzində fikir mübadiləsi üçün müsbət platforma yarada bilib

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan tarixboyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh, dostluq və əməkdaşlıq şəraitində yaşadığı bir məkan olub.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov söyləyib. O bildirib ki, bu gün dünya ölkələri üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Fərqli mədəniyyətlərin, Şərq ilə Qərbin qovuşuğunda yerləşən çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə yaşamasını təmin edən modeldir.

Aqil Şirinov qeyd edib ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir.

“V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq arenada təmsil olunmasına öz layiqli töhfəsini verir”, - deyə Aqil Şirinov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.