DÜNYA


Ərəb Dövlətləri Liqasının baş katibi vasitəçi missiyası ilə Sudana səfər edib

Qahirə, 16 iyun, AZƏRTAC

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində vasitəçi missiyası ilə Sudana səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ƏDL-in baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan “Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək. Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırkı vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.