ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda elmi dərəcə və adların verilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Respublikası Prezidentinin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2019-cu il 11 iyun tarixli Fərmanının icrası çərçivəsində görüləcək işlərə həsr olunan elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan institutun direktor müavini, professor Mirzə Mövsümzadə Prezidentin Fərmanı ilə təsdiq olunmuş əsasnamələrin fəlsəfə və elmlər doktoru hazırlanmasına töhfə verəcəyini qeyd edib.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev “Elmi dərəcə və elmi adların verilməsi qaydalarında yeniliklər” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.