ELM VƏ TƏHSİL


Avropa Komissiyası Barselonaya ən sürətli superkompüterin alınması üçün qrant verib

Madrid, 7 iyun, AZƏRTAC

Barselona Superkompüter Mərkəzi (BSC) hazırkı superkompüterdən 17 dəfə güclü olan yeni superkompüterin alınması üçün 100 milyon avro məbləğində qrant udub. Barselonadakı superkompüter saniyədə 200 000 trilyon əməliyyat aparmağa imkan verəcək.

Avropa İttifaqının yardımı təqribən 100 milyon avro təşkil edəcək ki, bu da Aİ-nin İspaniyanın innovativ tədqiqatlarına yatırdığı ən böyük sərmayədir. Bu sərmayə 2020-ci il dekabrın 31-nə qədər işə salınacaq maşının qiymətinin yarısına bərabərdir. Barselona Superkompüter Mərkəzi kompüteri Portuqaliya, Türkiyə və Xorvatiya tərəfindən yaradılmış konsorsiumda idarə edəcək. Yeni infrastruktur Barselonanı Avropanın tədqiqatlar mərkəzinə çevirməyi vəd edir. Son illər BSC tədqiqat və layihələrə vəsait toplanması məsələsində bütün universitetləri geridə qoyub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.