DÜNYA


Avstriyanın federal kansleri “FİDES” partiyasının AXP üzvlüyünün dondurulmasına tərəfdar olduğunu bəyan edib

Vyana, 20 mart, AZƏRTAC 

Avstriyanın federal kansleri və mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyasının sədri Sebastian Kurts Macarıstanın hakim “FİDES” partiyasının Avropa Xalq Partiyasında (AXP) üzvlüyünün altı ay müddətinə dondurulmasına tərəfdar olduğunu bildirib. O, Almaniyanın Xristian Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqı partiyaları ilə bərabər AXP sədri Martin Veberin bu təklifini dəstəkləməyə hazır olduğunu ifadə edib.

AZƏRTAC xəbər verir ki, federal kansler bu açıqlamanı bu gün Brüsseldə keçiriləcək AXP-nin iclasından öncə səsləndirib. İclasda əsas mövzular sırasında “FİDES”in partiya tərkibində saxlanması məsələsi də dayanır. Hazırda Macarıstanın Baş naziri Viktor Orban və rəhbəri olduğu “FİDES” anti-Avropa kampaniyası aparmaqda ittiham olunur. Bu gün keçiriləcək AXP İdarə Heyətinin iclasında macar tərəfi ilə münasibətləri müzakirə edilməlidir. İclasda V. Orbanın da iştirakı gözlənilir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.