SİYASƏT


Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

Moskva, 25 iyun, AZƏRTAC

Moskvadakı “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq hərbi-texniki forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, iyunun 25-dən 30-dək davam edəcək foruma 120 ölkənin nümayəndə heyəti qatılıb. Azərbaycan forumda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Müdafiə Sənayesi Nazirliyi tədbirdə öz stendini təqdim edir. Azərbaycan stendində sərgilənən 30 millimetrlik 2A42 topu və 7,62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə təqdim olunur.

Azərbaycandan başqa daha 9 ölkənin, o cümlədən Türkiyə, Belarus, Hindistan, Qazaxıstan, Çin, Pakistan, Tailand, Cənubi Afrika Respublikasının milli stendləri nümayiş etdirilir. Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda 170-dən çox elmi-işgüzar tədbir nəzərdə tutulub.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişafı və yeni layihələrin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

“ARMY-2019“ forumu çərçivəsində təşkil olunmuş sərgi Rusiyanın digər regionlarında da nümayiş etdiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.