SİYASƏT


Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar verilib VİDEO

Bakı, 15 iyun, AZƏRTAC 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən “Aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun əsas məqsədi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.

Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə qaydaları, xüsusi geyimin təmizliyi, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsi və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.