CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti daha bir beynəlxalq təşkilata üzv qəbul edilib

Bakı, 24 iyun, AZƏRTAC

Çin Respublikasında "Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı"nın (BRIMEA) Ali Şurasının ikinci iclası və ali tibb təhsili üzrə 3-cü Beynəlxalq Forum keçirilib. Çin Tibb Universitetinin (CMU) ev sahibliyi etdiyi forumda Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə əlaqələndiricisi Müşfiq Orucov "Azərbaycanda tibb təhsili: dünəni, bu günü və sabahı" mövzusunda çıxış edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmyerlimiz Çin Kardiovaskulyar Assosiasiyasının təşkilatçılığı ilə Suzhou və Şanxay şəhərlərinin ən yüksək reytinqli xəstəxanaları ilə tanış olub, Çin Tibb Universitetinin rəhbərliyi ilə rəsmi görüşdə universitetlər arasında əməkdaşlıq haqqında geniş müzakirələr aparıb.

Forum çərçivəsində Azərbaycan Tibb Universiteti BRIMEA-nın üzvlüyünə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.