İDMAN


Azərbaycan gimnastı Nərmin Bayramova Bakı turnirində mübarizəyə qoşulub

Bakı, 20 aprel, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II “AGF Junior Trophy” beynəlxalq turnirində Azərbaycanı fərdi yarışlarda təmsil edən Nərmin Bayramova topla hərəkətlərdə məharətini göstərib.

AZƏRTAC xəbər verir ki, B qrupunda yarışan təmsilçimizin çıxışını münsiflər 14,450 xalla qiymətləndiriblər.

Turnirdə 20 ölkədən 130-dək gənc bədii gimnast çıxış edir. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnirdə 2004-2006-cı il təvəllüdlü gimnastlar yarışırlar.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, ötənilki Avropa çempionatının bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.