İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində beynəlxalq çay sərgi-konfransında nümayiş olunub

Pekin, 20 mart, AZƏRTAC

Azərbaycan Çinin Siçuan vilayətinin İbin şəhərində keçirilmiş 3-cü beynəlxalq çay sərgi-konfransında təmsil olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə hazırlanan milli stenddə “Azərçay" brendi ilə istehsal olunan çaylar nümayiş edilib. Azərbaycan stendi tədbir iştirakçılarının, habelə konfransda iştirak edən vilayət rəsmilərinin böyük diqqətinə səbəb olub. Qonaqlara Azərbaycanda çay istehsalının tarixi, hazırda ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyi və yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Tədbirdə yerli şirkətlərlə yanaşı, dünyanın 70-ə yaxın nüfuzlu çay istehsalçı firması iştirak edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.