SİYASƏT


Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu təcrübəsi Birləşmiş Ərəb Əmirliklərində tətbiq olunacaq

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda dövlət xidmətləri sahəsində artıq uğurla istifadə olunan ən yaxşı təcrübə və modelləri öz ölkəmizdə tətbiq etməyi planlaşdırırıq.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçısı, Birləşmiş Ərəb Əmirliklərinin baş nazirik ofisinin nümayəndəsi Salem Al Mheiri deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq forumun yüksək səviyyədə təşkil olduğuna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, tədbirin Asiya regionu üçün dövlət xidmətləri sahəsində ən yaxşı təcrübələrin mübadiləsi və bu sahədə gələcək əməkdaşlıqların qurulması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycanda “ASAN xidmət” şəbəkəsinin fəaliyyəti ilə yaxından tanış olacağını bildirən qonaq bu müsbət təcrübənin Birləşmiş Ərəb Əmirliyində də maraq doğurduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.