SİYASƏT


Azərbaycanlı gənclər Litvada keçiriləcək forumda iştirak edəcəklər

Vilnüs, 16 iyun, AZƏRTAC

İyunun 17-20-də Litvada “Şərq tərəfdaşlığı - Gənclər forumu” keçiriləcək. Forum Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunub. Forumda “Media savadlılığı vasitəsilə tənqidi düşüncə və fəallıq” mövzusu müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycandan olan gənclər, həmçinin Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev iştirak edəcək.

Ümumilikdə, forumda proqrama daxil olan 10 ölkədən 250 gəncin iştirak gözlənilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.