İDMAN


Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 7-dən 12-dək Rusiyanın Soçi şəhərində pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Milli komandanın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Razim Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq yaxın izləyicisi olan erməni rəqibini məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkizqat Azərbaycan birincisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.