İQTİSADİYYAT


“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Bakı, 10 iyun, AZƏRTAC

“Azərenerji” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanın enerji təhlükəsizliyinin, enerji sisteminin dayanıqlılığının və etibarlılığının təmin edilməsi, habelə “Azərenerji”nin Reabilitasiya Proqramı çərçivəsində “itirilmiş” güclərin bərpası, yeni generasiya mənbələrinin yaradılması istiqamətində görülən və görüləcək işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqə “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda keçirilir.

Müsabiqədə I yer üçün 1 nəfər - 1000 manat, II yer üçün 2 nəfər - 800 manat, III yer üçün 3 nəfər - 500 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 300 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.

Qaliblər, həmçinin “Azərenerji” və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar. Yazıların qəbulu iyulun 5-də başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.