ELM VƏ TƏHSİL


“Azəri İnciləri” rəqs kollektivi Qazaxıstanda keçirilən beynəlxalq festivalın qalibi olub

Bakı, 11 iyul, AZƏRTAC

Qazaxıstanın Nur-Sultan şəhərində “ŞATTIK” Gənc İstedadların XI Beynəlxalq Festivalı keçirilib. Tədbir Qazaxıstanın İdman və Mədəniyyət Nazirliyi və Nur-Sultan şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil olunub.

Festivalda Qazaxıstanın şəhər və bölgələri, Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan və digər ölkələrin kollektivləri xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə çıxış ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu qurumun 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Rəqs” dərnəyinin üzvləri tərəfindən maraqlı konsert proqramı təqdim olunub.

Mərkəzin direktoru Lalə Qəti münsiflər heyətinin fəxri üzvü seçilib. Qala konsertdə “Mənim Azərbaycanım” kompozisiyası ilə çıxış edən “Azəri İnciləri” rəqs kollektivi 1-ci yerin qalibi seçilib. “Azəri İnciləri” rəqs kollektivi və dərnək rəhbəri xüsusi diplomla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.