ELM VƏ TƏHSİL


BDU-nun tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

Bakı, 19 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev kollektivi təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıb.

Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost və ülfət bayramı olduğunu qeyd edərək təbriklərini çatdırıb.

Yaşlı, orta və cavan nəslin nümayəndələrinin iştirakı ilə möhtəşəm Novruz tonqalı qalanıb və tədbir tələbələrin tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etmələri ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.