ELM VƏ TƏHSİL


BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri

Bakı, 24 may, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin ibtidai təhsil kafedrası tərəfindən “Auditoriya+” layihəsi çərçivəsində 28 May - Respublika Gününə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri” mövzusunda tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən ibtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixinə böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev mövzu ilə bağlı BSU tələbələrinə geniş mühazirə oxuyub. O, Cümhuriyyətin qurulması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı, parlaq səhifələrindəndir. Professor Cümhuriyyətin əleyhinə daşnak-bolşevik qüvvələrinin təxribat xarakterli, kəşfiyyat-pozuculuq fəaliyyəti, erməni terror təşkilatlarının törətdikləri sui-qəsdlər barədə ətraflı danışıb.

Qasım Hacıyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə, müstəqillik ideyalarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü əsl qiymətini alıb.

Tədbir mövzu ətrafında müzakirələrə davam edib.

Sonda məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri vətənpərvərliklə bağlı şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.