MƏDƏNİYYƏT


Bakı Dövlət Universitetində “İrs” jurnalının kitab nəşrlərinin təqdimatı keçirilib

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Bakı Dövlət Universitetində “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” beynəlxalq jurnalının kitab nəşrlərinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, milli-mədəni irs nümunələrinin təbliğində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “İrs” jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin fəaliyyətindən bəhs olunub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev bildirib ki, bu layihə hamının marağına səbəb olub. Çünki təqdim olunan kitablar əvəzsiz dəyərə malikdir. Bütün nəşrləri gözdən keçirdiyini söyləyən rektor bu istiqamətdə atılan addımlara dəstək olacağını vurğulayıb. Qeyd olunub ki, mədəni, elmi, tarixi funksiyaları özündə cəmləyən jurnalın universitetdə geniş təbliği və oxucuların tələbatını ödəməsi üçün guşə yaradılacaqdır.

Doğma universitetdə olmasından qürur hissi keçirdiyini bildirən jurnalın baş redaktoru qeyd edib ki, “İrs” jurnalı 20 ildir Moskvada nəşr olunur.

Jurnalin nəşrlərindən söz açan baş redaktorun deyib ki, “Təbrizin sehrli nağılları” kitabında miniatürlərdən istifadə edilib. Kitab 10 min nüsxə ilə çap olunub.

Bu nəşrlər sırasında “Qarabağ” kitabın da böyük əhəmiyyət daşıdığını söyləyən natiq bildirib ki, bu kitabda tarixi faktlarla yanaşı, hazırda düşmən tapdağı altında olan torpaqlarımızın xarici fotomüxbirlərin köməyi ilə əldə olunmuş fotoşəkilləri yer alıb.

Vurğulanıb ki, gələcəkdə “İrs” jurnalı Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etməyi planlaşdırır.

“Paşa Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Niyaz İsmayılov qeyd edib ki, Paşa Holdinq Azərbaycanda ən böyük holdinqlərdən biridir. Bu holdinqin tərkibində olan “Paşa Sığorta” ən cavan şirkətdir. Bildirib ki, çap edilən bu kitablar Azərbaycan mədəni irsinin təbliğatı baxımında mühüm əhəmiyyət daşıyır. Kitabların ərsəyə gəlməsində fotoqrafların əziyyəti böyükdür. Çünki Qarabağdakı qalalar dağlarda, çətin yerlərdə yerləşir. “Qarabağ kitabı bizim informasiya müharibəsində əldə etdiyimiz qələbələrdən biridir. Əminliklə deyə bilərəm ki, bu layihələri davam etdirəcəyik.

Təqdimat zamanı iştirakçılar jurnalın “Daş keşikçilər”, “Qədim qalanın yuxuları”, “Qarabağ”, “Qobustan minilliklərin kitabı”, “Bakı simfoniyası” kitabları ilə tanış olublar.

Sonda dünyanın 70-dən çox ölkəsində yayımlanan “İrs” jurnalının nəşrləri universitetin elmi kitabxanasına hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.