MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı “Günahsız günahkarlar” tamaşası ilə qastroldadır

Bakı, 18 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrı “Günahsız günahkarlar” tamaşası ilə qastrol səfərindədir.

AZƏRTAC xəbər verir ki, əsərdə qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır. Böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 10 dəqiqədir. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Tamaşanın Qobustan, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Qəbələ olmaqla 6 rayonda nümayişi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.