MƏDƏNİYYƏT


Balacalar bahar təravətli çıxışları ilə Novruzun gəlişini qeyd ediblər

Bakı, 20 mart, AZƏRTAC

Sabunçu rayonunda yerləşən 169 nömrəli məktəbin rus dili bölməsinin 1e sinfində Azərbaycan dili dərsində şagirdlər bahar təravətli çıxışları ilə Novruzun gəlişini qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, dərsdə xalqımızın ən əziz bayramlarından olan Novruzun tarixi və ənənələrindən danışılıb. Bildirilib ki, xalqımızın qədim və milli bayramı olan Novruz bu gün bütün ölkədə sevinclə qeyd olunur. Ümummilli lider Heydər Əliyevin bu gözəl bayrama verdiyi önəm, ölkə Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə bayram tədbirlərində iştirakı buna bir daha sübutdur. Novruz bayramı yazın gəlişi, torpağın ayılması, ilin dəyişməsi canlıların ruhunun təzələnməsidir. Bu bayramın simvolları, səməni, Bahar qızı, Kosa və Keçəl bu günü daha da maraqlı edir.

Tədbirdə şagirdlər Novruzun adət-ənənələrini əks etdirən oyunlar da nümayiş etdirib. Rus dilində təhsil alan şagirdlərin Azərbaycan dilində səsləndirdikləri şeirlər alqışlarla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.