DÜNYA


Danimarka əməyin vergiyə cəlb edilməsi qaydalarını modernləşdirməyə çalışır

Bakı, 27 aprel, AZƏRTAC 

Danimarkanın Vergilər Nazirliyi texnoloji işlənmələrə əsaslanmaqla vergi sisteminin məşğulluğun yeni formalarına uyğunlaşdırılması yollarının araşdırıldığı barədə açıqlama yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, açıqlamaya görə, hökumət məşğul və özüməşğul əhali kateqoriyasına mənsub insanlar üçün gəlir vergisi və əlavə dəyər vergisi ilə bağlı problemlərin araşdırılması üzərində iş aparır.

Nazirliyin məlumatında qeyd olunub ki, hazırda ölkədə 300 min şəxs özüməşğul əhali kateqoriyasına salına bilər. Bu qəbildən olan işçilər gəlir vergisi və ƏDV ödəyərkən öz öhdəliklərini yerinə yetirməkdə problemlərlə üzləşirlər. Onların üzləşdikləri ciddi çətinliklərdən biri də gəlir vergisini və ƏDV-ni dəqiq ödəmək istəyərkən inzibati problemlərlə qarşılaşmalarıdır.

Bildirilib ki, yeni müəssisə açan şəxslərdən əlavə, blogerlik fəaliyyəti ilə məşğul olan şəxslər də çox vaxt qeyri-məşğul və vergi məqsədi daşımayan muzdlu işçi hesab edilirlər.

Ölkənin vergi və gömrük administrasiyalarına 2019-cu ildə vergilərlə bağlı hansı problemlərin həll edilməsinin mümkünlüyü barədə tövsiyələrini vermək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.