İQTİSADİYYAT


Dörd ayda vergi daxilolmaları 9 faizdən çox artıb

Bakı, 12 iyun, AZƏRTAC

Yanvar-aprel aylarında vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9 faizdən çox artım olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, vergi proqnozu 111,7 faiz icra olunub. Müsbət meyillərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18 faizdən çox artım qeydə alınıb, 116 faiz proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Dörd ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən 67 faizə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22 faizdən çox artmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.