CƏMİYYƏT


Dövlət Komitəsinin nümayəndəsi Gürcüstanda təşkil olunan təlimdə iştirak edib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 18-20-də Gürcüstanın Tbilisi şəhərində “Gender Bərabərliyinə dair Dialoqun təşviqi üçün gender problematikasının təhlili və icmanın iştirakı” adlı təlim keçirilib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı tərəfindən təşkil olunub. Azərbaycanın şəhər və rayon bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən təlimlərdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəal şəkildə təmsil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Seminarlarda yerli siyasətdə gender məsələlərinin təhlili və qadınların iştirak modelləri, gender inteqrasiyasında SWOT (güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələr) analizi və Venn Diaqramı praktiki alət kimi, praktiki və strateji gender ehtiyacları, gender təhlili gender məsələlərinin yerli siyasətə inteqrasiyasının əsası kimi, icma səfərbərliyi və qadınların iştirak modelləri bələdiyyə Planlarında Gender Bərabərliyinin Tərəfdarları mövzuları ətrafında müzakirələr aparılıb, qrup işləri təqdim olunub.

Təlim avstriyalı beynəlxalq ekspert Barbara Küjas tərəfindən aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.