İQTİSADİYYAT


Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 13-də Albaniyada keçiriləcək Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavininin “Enerji şaxələndirilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.