İDMAN


FIDE “Fişer şahmatı” üzrə dünya çempionatının keçirilməsini təsdiq edib

Bakı, 20 aprel, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Bobbi Fişerin fikirləşdiyi təsadüfi şahmat qaydaları əsasında “Fischer-Random” üzrə dünya çempionatının keçirilməsini rəsmən təsdiq edib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Fischer-Random” qaydalarına görə, piyadalar istisna olmaqla, bütün qara və ağ fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Oyunun adı – “960 şahmatı” da buradan əmələ gəlib. Fiqurların bu cür düzülüşü oyunçuların standart debüt kombinasiyalarından istifadəsinə imkan vermir və oyuna daha yaradıcı yanaşma tələb edir. Bu, həmçinin partiyaların daha maraqlı olmasına və kompüterdən müxtəlif debüt variantlarını dərindən təhlil edərək oyuna əvvəlcədən hazırlaşmağı istisna edir. FIDE-nin hələ martın 4-6-da Nur-Sultan şəhərində keçirilmiş Prezident Şurasında bu qaydalarla dünya çempionatının keçirilməsi məsələsi müzakirə olunub.

FIDE prezidenti Arkadi Dvorkoviç federasiyanın bu qərarı ilə əlaqədar deyib: “Bu analoqu olmayan addımdır. FIDE şahmatın yeni növünü təsdiq edir, bu səbəbdən qərar üzərində ciddi düşünmək lazım gəlib. Tətbiq edilən yenilik müsbət olmaqla yanaşı, şahmata yeni enerji gətirir. Lakin bu, bizim klassik şahmatdan və onun ənənələrindən ayrılmamız mənasına gəlmir. Yəqin ki, bu səbəbdən “Fişer şahmatı” üzrə dünya çempionatı ideyası şahmat cəmiyyətinin rəğbətini qazanıb və hər il ən yaxşı oyunçuları cəlb edir”.

“Fişer şahmatı” üzrə 2018-ci ildə keçirilən qeyri-rəsmi dünya çempionatında şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen qələbə qazanıb.

“Fischer-Random” dünya çempionatının seçmə mərhələsi aprelin 28-də başlayacaq. Həmin turnirdə norveçli Maqnus Karlsen, amerikalı Xikaru Hakamura və Fabiano Karuana kimi qrossmeysterlər iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.