REGİONLAR


Faiq Həsənov: Azərbaycanda şahmata böyük diqqət və qayğı var

Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası ötən əsrin 90-cı illərindən keçirilir. Yadımda qalan əsas yarışlardan biri də 1996-cı ildə Şəkidə keçirilən olimpiada idi. Orada bizim şahmat ulduzlarımız Vüqar Həşimovla Şəhriyar Məmmədyarov görüşürdü. O vaxtdan həmin şahmatçıların oyunu bütün dünyada diqqət mərkəzində olub, hamı onları yaxşı tanıyırdı. Həmin olimpiadada cəmi 16 komanda - 32 şahmatçı iştirak edirdi. İndi isə iştirakçıların sayı 550-ni keçib. Bu, onu göstərir ki, dövlətimiz tərəfindən şahmata çox böyük diqqət və qayğı var. Ölkəmizdə şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı da qəbul edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov Qaxda keçirilən Şahmat Olimpiadasının açılışında jurnalistlərə müsahibəsində deyib.

Şahmatçılarımızın uğurları barədə danışan Federasiya rəsmisi bildirib ki, kişilərdən ibarət milli komanda artıq dünyada çox yaxşı tanınır. Bu komanda üçqat Avropa çempionudur, həmçinin gümüş və bürünc medalların sahibidir. “Eyni zamanda, 8, 10, 12, 14 və 16 yaşadək gənc şahmatçılarımız 91-ci ildən indiyədək elə bir Avropa və dünya çempionatı olmayıb ki, oradan medalsız qayıtsınlar. Heç bir ölkə belə nəticəyə nail olmayıb. Bu, onu göstərir ki, doğrudan da Azərbaycanda şahmatı çox sevirlər, şahmata böyük diqqət və qayğı var”, - deyə Faiq Həsənov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.