İQTİSADİYYAT


Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı, 23 may, AZƏRTAC

Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə yanaşı dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı və indiyə kimi müxtəlif sahələr üzrə 752 layihəyə 10,4 milyard avro maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib. Q.Assayaq bildirib ki, agentlik Azərbaycanda bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi üzrə həyata keçirilən layihələrdə iştirakda maraqlıdır, maliyyə dəstəyi verməyə hazırdır.

Energetika nazirinin müavini Elnur Soltanov ölkənin külək, günəş və digər bərpaolunan enerji potensialından danışaraq bu sahənin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, hazırda bərpaolunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tariflərin tətbiqini nəzərdə tutan mexanizmlər hazırlanır. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, “Total”, “Masdar” və digər xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzalanıb.

Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.