İDMAN


Futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 16-da Bakıda Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda 6 komanda iştirak edəcək.

Turnir dairəvi sistem üzrə təşkil ediləcək. Sonda ən yüksək xal toplamış komanda qalib olacaq.

Qeyd edək ki, iyulda futvolley üzrə Azərbaycan çempionatı, avqustda isə ənənəvi beynəlxalq tunir təşkil olunacaq. Beynəlxalq turnirdə 20-dən çox ölkənin komandaları mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.