CƏMİYYƏT


Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Bakı, 19 mart, AZƏRTAC 

Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

Azərbaycan Respublikası Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, gənclər Aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər.

“Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya artıq regionlardan da gənclər qoşulub. Kampaniyada iştirak etmək üçün “shehidimiz.az” saytına çoxlu sayda müraciətlər daxil olmaqdadır. Bu gündən etibarən könüllülər regionlarda yaşayan şəhid ailələrini ziyarət edəcəklər. Qeyd edək ki, kampaniya bayram günlərində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.