CƏMİYYƏT


Gənclər və İdman nazirinin müavini Zaqatalada vətəndaşların qəbulunu keçirib

Bakı, 12 iyun, AZƏRTAC

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iyunun 12-də Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 7-dən çox vətəndaş iştirak edib.

Vətəndaşlardan ikisi gənclər sahəsi, biri idman avadanlığının, biri isə fəxri adın verilməsi ilə bağlı müraciət edib. Digər üç müraciətdən isə biri Gənclər evinin tikintisi, ikisi isə şəxsi məsələ ilə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.