DÜNYA


Güclü yağış və dolu Marneuliyə ciddi ziyan vurub

Tbilisi, 11 iyul, AZƏRTAC

Aramsız yağışlar, dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.

Rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib. Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektrik xətlərini zədələməsi ilə nəticələnib. Təbii fəlakətin rayonuna vurduğu zərərin həcmi hesablanır.

Marneulinin meri Zaur Darğallı AZƏRTAC-a bildirib ki, təbii fəlakətdən ziyan çəkən təsərrüfat sahiblərinə kompensasiya verilməsi nəzərdən keçirilir.

Dam örtüyü uçmuş evlərin sahiblərinə yardım göstəriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.