İQTİSADİYYAT


Həbib Həsənov: “TransCaspian 2019” sərgisinin iştirakçılarının sayında artım var

Bakı, 10 iyun, AZƏRTAC

Builki Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” sərgisində iştirak edən şirkətlərin sayında artım var.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Həbib Həsənov deyib.

Onun sözlərinə görə, Belarusun Nəqliyyat və İnfrastruktur nazirliyi sərgidə ilk dəfə təmsil olunur.

“Sərginin əsas məqsədlərindən biri də, Azərbaycanın həyata keçirdiyi geniş tranzitlə bağlı böyük regional tədbirlərin, şimal-cənub, şərq-qərb və digər layihələrin tranzit potensialını atırmaqdır. Biz bu sərgidən gözəl nəticələr gözləyirik”, - deyə H.Həsənov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.