MƏDƏNİYYƏT


Hər zaman cavan qalan cazmen

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də ADA Universitetində Xalq artisti, müğənni-cazmen Cavan Zeynallının yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Cavan Zeynallının həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayişi ilə başlanıb.

Gecədə Cavan Zeynallı Azərbaycanda cazın yaranma tarixi və inkişafından danışıb, musiqinin insanları bir araya gətirdiyini vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Cavan Zeynallının ifasının xalq tərəfindən sevilərək dinlənildiyini və rəğbətlə qarşılandığını bildirib.

Gecədə çıxış edən Rafiq Seyidzadə Azərbaycan musiqi sənətinin zənginliyini vurğulayıb.

Dünya şöhrətli alim, akademik Roald Saqdeyev bildirib ki, Azərbaycan nəinki SSRİ məkanında, hətta bütün dünyada musiqi sahəsində öndə gedənlərdən olub. Çünki Azərbaycan xalqı Qara Qarayevi yetişdirib, muğamı dünyaya tanıdıb. Cavan Zeynallı isə caz sənətinin tanınmış simalarından biridir.

Daha sonra qonaqlar C.Zeynallının fortepianoda ifasını dinləyiblər. Gənc və həvəskar musiqiçilərin də çıxışı maraqla qarşılanıb.

Sonda Əməkdar artist Lalə Məmmədova Sevda Məmmədlinin fortepianoda müşayiəti ilə “Yar bizə qonaq gələcək” mahnısını ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.