CƏMİYYƏT


“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb

Bakı, 20 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına start verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqram Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Bu proqramda iştirak etmək istəyən gənclər müvafiq ərizə formasını doldurub bu il mayın 20-dək [email protected][email protected] elektron poçt ünvanlarına göndərməlidirlər.

İddiaçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalıdır. Proqramda 18-25 yaşlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Təşkilatçılıq bacarığına, geniş dünya görüşünə, ünsiyyət və əlaqə qurmaq bacarığına, komanda ilə iş bacarığına malik namizədlər iddiaçılar arasında seçiləcəklər. Bundan başqa, iddiaçılar yerli və beynəlxalq tədbirlərdə təmsil olunan ictimai fəal gənclər meyarı üzrə də müəyyənləşdiriləcək.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənc müsahibəyə dəvət ediləcək. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcək.

Proqramda iştirakla bağlı ətraflı məlumat almaq üçün Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Günel Dadaşova (012 465 84 19) ilə əlaqə saxlamaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.