SİYASƏT


Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu

Ankara, 15 iyun, AZƏRTAC

Dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyev təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində səfir Hulusi Kılıç söyləyib. O deyib ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu. Qısa zamanda ölkədə inkişaf və quruculuq başladı.

Səfir bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər qurub-yaratmaq eşqi ilə yaşayırlar. Dahi şəxsiyyətin gördüyü işlərin bəhrəsi uzun illər Azərbaycanda və Türkiyədə özünü göstərəcək. İftixarla deyə bilərik ki, Azərbaycanın uğurlarında Heydər Əliyevin zəngin fəaliyyətinin izi var.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.