İDMAN


II "AGF Junior Trophy" turnirində fərdi gimnastların çoxnövçülük üzrə mübarizəsi davam edir VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində çoxnövçülük üzrə fərdi gimnastların mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir ki, "C" qrupunda yarışan gimnastlarımız Arzu Cəlilova və Nərminə Səmədova ilk çıxışlarını başa vurublar. Arzu Cəlilova gürzlərlə hərəkətlərdə 17,050, Nərminə Səmədova lentlə mübarizədə 18,600 xal toplayıblar.

B qrupunda yarışan təmsilçimiz Nərmin Bayramova isə çoxnövçülük yarışlarında dörd hərəkətin cəmində 56,000 xal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.