İDMAN


İkinci Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı Rüstəm Orucov olacaq

Bakı, 20 iyun, AZƏRTAC

Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının adı açıqlanıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, komandamızın bayraqdarı Olimpiya Oyunlarının mükafatçısı cüdoçu Rüstəm Orucov olacaq.

İkinci Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlar zamanı Belarus paytaxtına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və heyət üzvünün gələcəyi gözlənilir. Oyunlarda idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.