DÜNYA


“İnter” və “Milan” yeni stadionun layihəsini Milan Şəhər Şurasına təqdim edib

Roma, 12 iyul, AZƏRTAC

“İnter” və “Milan” futbol klubları Milan Şəhər Şurasına köhnə “San-Siro” stadionunun yaxınlığında tikiləcək yeni ümumi stadionun layihəsini təqdim ediblər.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu layihə indiki “Cezeppe Meatsa” stadionunun yerləşdiyi ərazidə yeni müasir idman meydançasının inşası üçün ümumi dəyəri 1,2 milyondan çox investisiyanın cəlb edilməsini nəzərdə tutur.

“Biz elə həmin ərazidə, köhnə stadionun yerində yeni “San-Siro”nu tikəcəyik. Köhnə stadion söküləcək və onun yerini yeni konstruksiya alacaq”, -deyə “Milan” klubunun prezidenti Paolo Skaroni söyləyib.

“Klublar layihəni birgə həyata keçirirlərmi?” sualına “İnter” klubunun baş direktoru Alessandro Antonello “əlbəttə” deyə cavab verib.

Xatırladaq ki, iyunun 24-də hər iki klub sökülməli olan “San Siro” stadionunun əvəzinə yeni stadionun tikilməsinə dair qərar qəbul etdikləri barədə açıqlama vermişdilər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.