MƏDƏNİYYƏT


İsrailli kamançaçalan Mark Eliyaxu Bakıda çıxış edəcək

Bakı, 24 may, AZƏRTAC

Mayın 25-də Heydər Əliyev Sarayında tanınmış İsrail bəstəkarı və kamança ifaçısı Mark Eliyaxunun konserti olacaq.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 24-də “Landmark” hotelində Mark Eliyaxunun yerli jurnalistlərlə görüşü olub.

Musiqiçi görüşdə bildirib ki, 20 ildən sonra Bakıya qayıtmağa və solo konsertlə çıxış etməyə şaddır. O deyib: “Özümü və musiqimi tapmaq üçün evdən ayrılıb dünya səyahətinə gedəndə 16 yaşım vardı. Azərbaycanın musiqi aləti olan kamançanın sədalarını ilk dəfə eşidəndə başa düşdüm ki, axtardığımı tapmışam. Buna görə də Bakıya gəlmək istədim. İki il burada yaşadım və böyük ustad Ədalət Vəzirovdan kamança dərsləri aldım”.

Musiqiçi bildirib ki, konsertdə onun atasının və özünün yazdığı əsərlər səslənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.