MƏDƏNİYYƏT


İstanbulda könüllülər turistlərə yerli sakinlərlə ünsiyyət qurmaqda yardımçı olacaqlar

Bakı, 11 iyul, AZƏRTAC

İstanbulda təqribən 450 könüllü şəhərin turistlərin daha çox maraq göstərdiyi rayonlarında başqa ölkələrdən gələn qonaqlara yardımçı olmağı təklif ediblər. Bu barədə “Daily Sabah” məlumat yayıb.

AZƏRTAC “ria.ru” saytına istinadla xəbər verir ki, könüllülər turistlərə nümayiş olunan obyektlər barədə zəruri məlumat təqdim edəcək və yerli sakinlərlə ünsiyyət qurmağa yardımçı olacaqlar.

Bu il 1500 nəfər yuxarı sinif şagirdləri və yerli ali məktəblərin tələbələri Fatih rayonu (İstanbulun tarixi mərkəzi) bələdiyyəsinə turizm proqramında iştirak üçün ərizə veriblər. Yazılı və şifahi imtahanlardan sonra 450 könüllü İstanbulun tarixi mərkəzinin daha çox ziyarət olunan altı zonasında sentyabrın əvvəllərinədək turistlərə kömək edəcəklər.

Könüllülər şəhərin qonaqları ilə ingilis, alman, ərəb, ispan, fransız, rus, Koreya, yapon və italyan dillərində ünsiyyət quracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.